Sığorta
424

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Meqa Həyat Sığorta" ASC-dir. Bu şirkət 10 ay ərzində 2,021 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5,3 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 17,018 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,2% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azərsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 78,1% azalaraq 11,713 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Naxçıvan Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,8% azalaraq 1,952 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər