Bankçılıq
200
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 88% artıb

Bakı / 30.11.2022 / Renkinq:
Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 806 milyon manatlıq əməliyyat aparıb.
“Renkinq” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,6% çoxdur.
Təkcə oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 149 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 19,8% çoxdur.