Bankçılıq
149

Azərbaycanda 19 bankın faiz xərcləri artıb

Azərbaycanda 19 bankın faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (100%), ən az azalma isə “PAŞA Bank”da (1,2%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (73,6%), ən aşağı dinamika isə “Bank Avrasiya” ASC-də (1,7%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər