Bankçılıq
130

Azərbaycanda 4 bankın 9 aylıq faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın 9 aylıq faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 40 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “Kapital Bank” (61,405 milyon manat) və “Azərbaycan Beynəlxalq Bankı” (59,131 milyon manat) ASC-lər, “Access Bank” QSC (41,107 milyon manat) və “Unibank” (40,922 milyon manat) ASC-dir.

Qalan 22 bankdan 9-da faiz xərcləri 10-40 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan az olub. 

Bölmədən olan bütün xəbərlər