Qeyri-bankçılıq
151

"Avto Lizinq Azərbaycan" nizamnamə kapitalını 3 dəfə artırıb

Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti "Avto Lizinq Azərbaycan" MMC nizamnamə kapitalını 3,4 milyon manat və yaxud 3 dəfə artırıb.

“Renkinq” xəbər verir ki, şirkət kapitalını 1,699 milyon manatdan 5,099 milyon manata çatdırıb.

Xatırladaq ki, "Avto Lizinq Azərbaycan" 2021-ci ilin oktyabr ayında "Kamaz Lizinq Azərbaycan" adı ilə yaradılıb. Bir qədər əvvəl şirkətin təsisçisi - Rusiyaya məxsus "KamAZ" ASC onu Azərbaycan kapitallı təsisçiyə satıb. Bundan sonra lizinq şirkətinə rəhbərlik edən Rofel Qasım oğlu Qurbanov vəzifəsindən azad edilib, onun yerinə Fəxri Şaliq oğlu Həsənov təyin olunub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər