Qeyri-bankçılıq
140

Azərbaycanda iki yeni lizinq şirkəti yaradılıb

Azərbaycanda iki yeni lizinq şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Qafqaz Avto Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb.

“Renkinq” nazirliyə istinadən xəbər verir ki, yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 593, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Qənifə Feiz qızı Cəlilovadır.

Bundan başqa, “Smart Leasing” MMC qeydiyyatdan keçib. Bu kommersiya qurumunun hüquqi ünvanı Abşeron rayonu, Məhəmmədi (Məmmədli) qəsəbəsi, Əziz Əliyev küçəsi, ev 106, mənzil 11, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Nicat İnqilab oğlu Bayramovdur.

Bölmədən olan bütün xəbərlər