Bankçılıq
416
“Azericard” “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

“Azericard” MMC prosessinq mərkəzi və “Mastercard” beynəlxalq ödəniş təşkilatı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Renkinq” xəbər verir ki, sənəd çərçivəsində müştərək layihələr icra ediləcək, o cümlədən kart biznesi və “fintech” istiqamətinin inkişafı üçün ən yaxşı qlobal və regional təcrübələr öyrəniləcək, bu sahədə qarşılıqlı əməkdaşlıq qurulacaq.
“Strateji tərəfdaşlıq hər iki qurumun fəaliyyətinə dəyər qatacaq, mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayacaq. “Azericard” ödəniş sahəsində “Mastercard”ın təşəbbüslərini dəstəkləyir, bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir”, - deyə “Azericard”ın Baş direktoru Fərid Quliyev bildirib.
“Strateji əməkdaşlıq ödəniş biznesinin inkişafına töhfə verəcək, yeni innovativ həllərə yol açacaq. Daha inkluziv maliyyə məhsulları və xidmətləri, daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün qlobal bilik və bacarıqlarımızı paylaşacağımıza çox şadıq”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Avşar Gurdal bildirib.