Büdcə
105

Azər Bayramov: “Neftin büdcə qiyməti qlobal proqnozların ən aşağı həddində götürülür”

Azər Bayramov: “Neftin büdcə qiyməti qlobal proqnozların ən aşağı həddində götürülür”

Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti dünyadakı maliyyə institutlarının təqdim etdiyi proqnozların ən aşağı həddində götürülür.

"Renkinq" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

“Neftin büdcə qiyməti uzun müddətli izləmə siyasəti nəticəsində müəyyən olunur. İnflyasiya hesabına neft sektorundan daxilolmalar arta bilər, bu isə müvəqqətidir”, - deyə A.Bayramov əlavə edib.

Bundan başqa, o, qeyd edib ki, neftin ölkənin ümumi daxili məhsulunda və büdcə daxilolmalarında payı getdikcə azalır.

Xatırladaq ki, 2023-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları götürülüb. Bu, 2022-ci illə müqayisədə 35 ABŞ dolları azdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər