Bankçılıq
117

Azərbaycanda 4 bankın faiz gəlirləri azalıb

Azərbaycanda 4 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (24,4%), ən az azalma isə İran bankında (1,1%) qeydə alınıb.

Qalan 22 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank Respublika” ASC-də (56,5%), ən aşağı dinamika isə “AFB Bank” ASC-də (3,2%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər