Sığorta
145

“Azərkosmos" daha bir sığortaçı seçir

“Azərkosmos

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") dəyəri 24,3 milyon avro olan “Azersky” peykinin 1 illik sığortalanması üçün açıq tender elan edib.

“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 9-u, saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 19-u, saat 13:00-a qədər agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 20-də, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

Qalib şirkət sığorta xidmətini müqavilənin qüvvəyə mindiyi tarixdən başlayaraq 1 il müddətində göstərməlidir.

Bölmədən olan bütün xəbərlər