Bankçılıq
128

Azərbaycanda 2 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda 2 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma İran bankında (19,9%), ən az azalma isə Pakistan bankında (1,1%) qeydə alınıb.

Qalan 24 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (82,5%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (2,6%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər