Bankçılıq
91

Azərbaycanda 4 bankın 9 aylıq əməliyyat gəlirləri 150 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın 9 aylıq əməliyyat gəlirləri 150 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri 150 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “Kapital Bank” (732,82 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (535,932 milyon manat), “PAŞA Bank” (367,823 milyon manat) və  “Unibank” (162,841 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də əməliyyat gəlirləri 100-150 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub. 

Bölmədən olan bütün xəbərlər