Bankçılıq
163

“Kapital Bank”a xarici müşavirlər təyin olundu

“Kapital Bank”a xarici müşavirlər təyin olundu

Güvənc Dönməz, Aleksandr Maqomedov və Maksim Yevdokimov “Kapital Bank” ASC-də Rəqəmsal Həllər üzrə Müşavirə Heyətinin üzvləri kimi çalışacaqlar. Bu gün yeni rəhbərlərin iştirakı ilə ilk iclas keçirilib. Rəqəmsal Həllər üzrə Müşavirə Heyəti “Kapital Bank”da rəqəmsal həllərin beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilməsi, innovasiyalar və texnologiyalar sahəsində həyata keçirilən layihələrin daha səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərəcək. 

Güvənc Dönməz “Delivery Club”, “Mail.ru Group”, “Cofix Russia”, “Domino’s Pizza”, “Samsung Electronics Russia”, “Procter & Gamble” kimi şirkətlərdə, Aleksander Maqomedov “Avito”, “Bank 131”, “YooMoney”, ASCON şirkətlərində, Maksim Yevdokimov isə “Headhunter”, “Okko”, “Sber”, “Tinkoff Bank” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. 

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd. 

Bölmədən olan bütün xəbərlər