İnvestisiya
668

"Bakı Fond Birjası"nda ticarət saatları artırılır

Oktyabrın 3-dən "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlarını, səhm və istiqraz üzrə isə təkrar bazar əməliyyatlarını saat 16:30-a qədər aparmaq mümkün olacaq. 

"Renkinq" xəbər verir ki, bu barədə BFB məlumat yayıb. 

Hazırda sözügedən əməliyyatları saat 16:00-a qədər aparmaq olur. Bundan başqa, gələn həftədən nahar fasiləsi (saat 13:00-14:00) də ləğv edilərək ticarət saatlarına əlavə olunacaq. 

Bu addım "BFB-nin üzvlərdən və bazar iştirakçılarından daxil olan müraciətlər nəzərə alınaraq, habelə beynəlxalq təcrübə əsas götürülərək ticarətin fasiləsizliyini təmin etmək məqsədilə, “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın Ticarət Reqlamentinə əsasən atılır. 

Bölmədən olan bütün xəbərlər