Bankçılıq
425

"Texnika Bank"ın əmlakı hərraca çıxarılacaq

Oktyabrın 19-da, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan  “Texnika Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

“Renkinq” bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, söhbət  Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, ümumi sahəsi 259,7 kv.metr olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 1,1 milyon manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğlərin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67. 

Bölmədən olan bütün xəbərlər