Bankçılıq
498

“Access Bank”da müştəri xidmətlərində “Free Fridays” günləri

“Access Bank”da müştəri xidmətlərində “Free Fridays” günləri

“Access Bank” QSC müştəriləri çevik və yüksək keyfiyyətli bank xidmətləri ilə təmin etməklə yanaşı, həm də onlara maksimum rahat mühit təqdim edir. 

Çünki “Access Bank”da hər cümə günü səmimi ortam - “Free Fridays”dir. Belə ki, məhz bu gün AccessBank əməkdaşları müştərilərə qeyri-rəsmi geyim tərzində xidmət göstərir. Rahat geyim tərzi həm əməkdaşların, həm də müştərilərin daha rahat və səmimi ünsiyyət qurmasına yardım, bank xidmətlərinin isə daha effektiv olmasına töhfə verir.

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq lazımdır.

Bölmədən olan bütün xəbərlər