Sığorta
710

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) ötən ilin yanvar-avqust aylarında ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 8 ay ərzində 281 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 9,7 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 1,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,9% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 3,632 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 89,4% azalaraq 127 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər