Sığorta
611

Azərbaycanda 4 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 4 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 4-nün isə yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Meqa Həyat Sığorta" ASC-dir. Bu şirkət 8 ay ərzində 1,305 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 4,3 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 1,577 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azərsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 84% azalaraq 7,9 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Meqa Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 8,8% azalaraq 14,749 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər