Sığorta
226

"Azərbaycan Sığortaçılar Assosiasiyası" Mediasiya Şurası ilə əməkdaşlığa başlayıb

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub.

“Renkinq” bu barədə ASA-ya istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə iki qurumun rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub. Tərəflər sığorta sektorunda yarana biləcək mübahisələrin mediasiya vasitəsilə alternativ həlli imkanlarını yüksək dəyərləndiriblər.

Daha sonra ASA-nın İcraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə əsasən, iki qurum ölkədə sığorta və mediasiya xidmətlərinin geniş yayılması məqsədi ilə növbəti mərhələdə birgə layihələr icra edəcək.

Bölmədən olan bütün xəbərlər