Bankçılıq
238

"Atabank"ın əmlakları hərraca çıxarılacaq

Oktyabrın 5-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan  "Atabank" ASC-nin daşınar əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

“Renkinq” bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, söhbət  2 ədəd "Hitachi" və 1 ədəd "Panasonic" markalı kondisionerlərdən, 1 ədəd "Maktek" markalı kombidən, 6 ədəd kombi radiatorundan, 9 ədəd kameradan, 1 ədəd bunker seyf qapıdan və 1 ədəd bunker dəmir barmaqlıqdan gedir. Əmlaklara ümumilikdə 3 520 manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğlərin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67. 

Bölmədən olan bütün xəbərlər