İnvestisiya
319

“FİNKA Azərbaycan” BOKT illik 12,5%-lə, 3 milyon manatlıq istiqraz buraxır

“FİNKA Azərbaycan” BOKT illik 12,5%-lə, 3 milyon manatlıq istiqraz buraxır

“FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Renkinq" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər