Bankçılıq
222

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 100 mini keçib

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 100 mini keçib

Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə (mpcr.e-cbar.az) daxil edilmiş bildirişlərin sayı 100 000-i keçib.

"Renkinq" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, Reyestrdə ən çox istifadə edilən kateqoriyalar zinət əşyaları, bank hesabları, mebellər, istehlak malları, dövriyyədə olan mallar və heyvanlardır.

Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Bölmədən olan bütün xəbərlər