Bankçılıq
353

Azərbaycanda 4 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda 4 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “Bank BTB”, “Günay Bank” və “Azərbaycan Beynəlxalq Bankı” ASC-lər, İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (87,5%), ən az azalma isə “Bank BTB”də (3,5%) qeydə alınıb.

Qalan 22 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (10,6 dəfə), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (15,6%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər