Bankçılıq
248

Azərbaycanda 3 bankın faiz gəlirləri azalıb

Azərbaycanda 3 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin I yarısındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (57,9%), ən az azalma isə “Premium Bank”da (6,5%) qeydə alınıb.

Qalan 23 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (63,5%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1,9%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər