Büdcə
439

Dövlət Reklam Agentliyinin mənfəəti 31% azalıb

Dövlət Reklam Agentliyinin mənfəəti 31% azalıb

Dövlət Reklam Agentliyi 2021-ci ili 933 min manat mənfəətlə başa vurub.

"Renkinq" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 30,7% azdır.

Ötən il Dövlət Reklam Agentliyinin gəlirləri 6,43 milyon manat (illik müqayisədə 3,5% çox), o cümlədən reklam yayımı haqlarından gəlirləri 5,96 milyon manat (1,2% çox), digər gəlirləri isə 470 min manat (45,5% çox) təşkil edib.

Hesabat dövründə Agentliyin xərcləri isə 5,497 milyon manat (13% çox), o cümlədən insan resursları üzrə xərcləri 3,778 milyon manat (20,2% çox), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 470 min manat (15,3% az), icarə xərcləri 441 min manat (2,2% az), təmir və saxlanma xərcləri 100 min manat (17,6% çox), ezamiyyə xərcləri 36 min manat (33,3% çox), digər xərcləri isə 670 min manat (27,9% çox) olub.

Bu il yanvarın 1-nə Dövlət Reklam Agentliyinin aktivləri 7,694 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22% çoxdur. Ötən il Agentliyin öhdəlikləri 31,3 dəfə artaraq 469 min manata, balans kapitalı isə 14,8% artaraq 7,225 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət Reklam Agentliyi ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər