Büdcə
379

Azərbaycanda vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 73% artıb

Azərbaycanda vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 73% artıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 136,6 milyon manat vəsait daxil olub.

"Renkinq" quruma istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 8,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,2% çoxdur.

7 aylıq daxilolmaların 5 181,2 milyon manatı və yaxud 56,7%-i qeyri-neft sektorunun payına düşüb. Bu isə proqnoza nisbətən 1,1%, 1 il əvvəllə müqayisədə isə 35,9% çoxdur.

Bölmədən olan bütün xəbərlər