İnvestisiya
771

“FİNKA Azərbaycan” BOKT daha 3 milyon manatlıq istiqraz buraxır

“FİNKA Azərbaycan” BOKT daha 3 milyon manatlıq istiqraz buraxır

İyunun 28-də "Bakı Fond Birjası" QSC-də (BFB) “FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Renkinq" BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər