Bankçılıq
589

“TuranBank” nüfuzlu maliyyə qurumundan iri məbləğli kredit cəlb etdi!

“TuranBank” nüfuzlu maliyyə qurumundan iri məbləğli kredit cəlb etdi!

“TuranBank” ASC Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər “TuranBank”a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq. 

“TuranBank” 2011-ci ildən etibarən QDTİB-lə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırıb. QDTİB Azərbaycanın maliyyə bazarında ilk dəfə manatla kreditləşmə xəttini “TuranBank” vasitəsilə həyata keçirib. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edir. 

QDTİB Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı, regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.

“TuranBank” institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı, "Sparkassenstiftung" və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

“TuranBank”

Bizimlə etibarlıdır ...

Bölmədən olan bütün xəbərlər