Bankçılıq
543
Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği 2 dəfədən çox artıb

Bakı / 24.06.2022 / Renkinq:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 7,842 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
5 aylıq məbləğin 5,821 milyard manatını elektron ticarət, 2,01 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,011 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.