Sığorta
862

Azərbaycanda sığorta ödənişlərinin 79%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 79%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 129,033 milyon manat sığorta ödənişinin 101,664 milyon manatı və yaxud 78,8%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (41,506 milyon manat) və “PAŞA Sığorta” (30,183 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 10,41 milyon manat), eləcə də “Xalq Sığorta” (9,899 milyon manat) və “Atəşgah Həyat Sığorta” (9,666 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (47 min manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (156 min manat) və “Naxçıvan Sığorta” (171 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 510 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 26,859 milyon manat (20,8%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər