Sığorta
727

Azərbaycanda sığorta haqlarının 82%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 82%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 426,638 milyon manat sığorta haqqının 349,982 milyon manatı və yaxud 82%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (179,671 milyon manat), "PAŞA Sığorta" (109,336 milyon manat), “Qala Sığorta” (23,51 milyon manat), “Atəşgah Həyat Sığorta” (21,965 milyon manat) və “Xalq Sığorta” (15,5 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (681 min manat), "Naxçıvan Sığorta" (993 min manat), “Atasığorta” (1,96 milyon manat), “Bakı Sığorta” (2,238 milyon manat) və “Günay Sığorta” (2,753 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 8,625 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 68,031 milyon manat (16%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər