Sığorta
787

Azərbaycanda həyat sığortası 27% artıb, qeyri-həyat sığortası isə 7% azalıb

Azərbaycanda həyat sığortası 27% artıb, qeyri-həyat sığortası isə 7% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 213,053 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,6% çoxdur.

Ötən 5 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 213,585 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 56% azalaraq 52,272 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,1% azalaraq 76,761 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ilin yanvar-may aylarında müvafiq olaraq 70,7 manat və 38,9 manat olub.

Bölmədən olan bütün xəbərlər