İnvestisiya
207

Azərbaycanda 4 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur

Azərbaycanda 4 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 4-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 1 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PSG Kapital” (6,25 milyon manat), “ABB-İnvest” (3 milyon manat), “İnvest-AZ” (2,255 milyon manat) və “Azfinance” (1,55 milyon manat) investisiya şirkətləridir.

Qalan 7 investisiya şirkətindən 1-nin nizamnamə kapitalı 1 milyon manat, 6-nın nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.

11 investisiya şirkətindən 1-nin – “CPM-İnvest”in nizamnamə kapitalı ötən ildən formalaşıb, odur ki, onun nizamnamə kapitalının dinamikasını hesablamaq mümkün olmayıb. Qalan 10 investisiya şirkətindən isə 2-si - “ABB-İnvest” və “Plato Capital and Co.” ötən il nizamnamə kapitalını artırıb, qalanları isə sabit saxlayıb.  

Bölmədən olan bütün xəbərlər