Bankçılıq
170

"Agent bankçılıq" Masallı və Tovuzda!

Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB), “Access Bank” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin birgə layihəsi olan "Agent bankçılıq" artıq Masallı və Tovuz rayonlarında xidmət göstərir. Vətəndaşlar Masallı şəhəri, Heydər Əliyev prospekti, 89 ünvanında yerləşən AZ4400 indeksli və Tovuz şəhəri, Sabir küçəsi, 24 ünvanında yerləşən AZ6000 indeksli poçt xidmət mərkəzlərində “Access Bank”ın təqdim etdiyi maliyyə xidmətlərindən yararlana bilərlər. 

AMB-nin təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə həyata keçirilən layihə modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi, 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.

"Agent bankçılıq" modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına və yaxud bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq lazımdır.

Bölmədən olan bütün xəbərlər