Sığorta
162

Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38% azdır.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.

Bölmədən olan bütün xəbərlər