Bankçılıq
155
Azərbaycanda problemli kreditlər 26% azalıb

Bakı / 22.06.2022 / Renkinq:
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2% azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4%, son 1 ildə isə 25,7% azalıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il mayın sonuna isə 6% olub.