Bankçılıq
204

Azərbaycan banklarının Şuşanın gələcək inkişafındakı rolu müzakirə edilib

Azərbaycan banklarının Şuşanın gələcək inkişafındakı rolu müzakirə edilib

Qarabağ Dirçəliş Fondu və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şuşada “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.

“Renkinq” xəbər verir ki, görüşdə ölkədə fəaliyyət göstərən 22 bankın rəhbəri iştirak edib və kredit təşkilatlarının şəhərin gələcək inkişafında oynaya biləcəkləri rol, müxtəlif layihələrə verəcəkləri dəstək müzakirə olunub.

Görüşdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sədri Məftun Abbasov və Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev də iştirak ediblər.

Bu görüş ilkin danışıqlar üçün nəzərdə tutulduğundan hər hansı bir saziş imzalanmayıb. Bank rəsmiləri fikilərini bildirib və qərara alınıb ki, belə görüşlər mütəmadi təşkil edilsin. 
Mənbə: REPORT 

Bölmədən olan bütün xəbərlər