Bankçılıq
141
Azərbaycanın bank sektorunun xalis mənfəəti 21% artıb

Bakı / 22.06.2022 / Renkinq:
Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 331,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.
Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 459,7 milyon manat (1 il əvvələ nisbətən 24,8% çox), əməliyyat xərcləri 937,1 milyon manat (26% çox), xüsusi ehtiyatlara ayırmaları 117,9 milyon manat (15,9% çox), gözlənilməz xərcləri 0,1 milyon manat (1 il əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 73,1 milyon manat (44,5% çox) təşkil edib.