Büdcə
140
AZƏRTAC-ın mənfəəti kəskin azalıb

Bakı / 22.06.2022 / Renkinq:
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2020-ci ili 47 min manat mənfəətlə başa vurub.
"Renkinq" xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 17,8 dəfə azdır.
2021-ci il yanvarın 1-nə AZƏRTAC-ın aktivləri və balans kapitalı 29,299 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ 0,2% çoxdur. Qurumun öhdəlikləri olmayıb.
Xatırladaq ki, AZƏRTAC 1920-ci ildən fəaliyyət göstərir, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.