İnvestisiya
213

Azərbaycanda 4 investisiya şirkətinin balans kapitalı 3 milyon manatdan çoxdur

Azərbaycanda 4 investisiya şirkətinin balans kapitalı 3 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 3 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PSG Kapital” (9,757 milyon manat), “PAŞA Kapital” (7,765 milyon manat), “İnvest-AZ” (3,842 milyon manat) və “ABB-İnvest” (3,693 milyon manat) investisiya şirkətləridir.

Qalan 7 investisiya şirkətindən 3-nün balans kapitalı 1-3 milyon manat arasında, 4-nün balans kapitalı isə 1 milyon manatdan azdır.

11 investisiya şirkətindən 1-nin – “CPM-İnvest”in balans kapitalı ötən ildən formalaşıb, odur ki, onun balans kapitalının dinamikasını hesablamaq mümkün olmayıb. Qalan 10 investisiya şirkətindən isə 2-si - “Unicapital” və “İnvest-AZ” ötən il balans kapitalını azaldıb, qalanları isə artırıb.

Bölmədən olan bütün xəbərlər