Büdcə
364
Azərbaycanda vergi-gömrük orqanlarının büdcə yükü artırılır

Bakı / 21.06.2022 / Renkinq:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin builki büdcə öhdəliyinin 2 920 milyon manat və yaxud 33,1% artırılması nəzərdə tutulur.
“Renkinq” xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, vergi orqanlarının büdcə yükünün 8 820 milyon manatdan 11 740 milyon manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin builki büdcə öhdəliyi 345 milyon manat və yaxud 8,1% artırılaraq 4 260 milyon manatdan 4 605 milyon manata çatdırılacaq.