Büdcə
388

Azərbaycanda dövlət və icmal büdcələri artırılır

Azərbaycanda dövlət və icmal büdcələri artırılır

Milli Məclisin komitələri "2022-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsini müzakirə etməyə başlayıb. 

"Renkinq" xəbər verir ki, büdcə gəlirləri ilə bağlı proqnozun 2 381,8 milyon manat və yaxud 8,9% artırılaraq 26 816 milyon manatdan 29 197,8 milyon manata, büdcə xərcləri ilə bağlı proqnozun isə 2 424,8 milyon manat və yaxud 8,1% artırılaraq 29 879 milyon manatdan 32 303,8 milyon manata çatdırılması nəzərdə tutulur.

Son nəticədə büdcə kəsiri 3 106 milyon manat təşkil edəcək ki, bu da qüvvədə olan proqnoza nisbətən 43 milyon manat və yaxud 1,4% çoxdur. 

Dövlət büdcəsi ilə yanaşı icmal büdcəyə də dəyişiklik olunacaq. Belə ki, büdcə gəlirləri ilə bağlı proqnozun 8 975,5 milyon manat və yaxud 32,4% artırılaraq 27 685,4 milyon manatdan 36 660,9 milyon manata, büdcə xərcləri ilə bağlı proqnozun isə 2 626,5 milyon manat və yaxud 8% artırılaraq 32 914,4 milyon manatdan 35 540,9 milyon manata çatdırılması nəzərdə tutulur. 

Son nəticədə büdcə qalığı 1 120 milyon manat təşkil edəcək (qüvvədə olan proqnoz 5 229 milyon manat kəsirdir). 

Bölmədən olan bütün xəbərlər