İnvestisiya
646

Azərbaycanda 3 investisiya şirkətinin aktivləri 15 milyon manatdan çoxdur

Azərbaycanda 3 investisiya şirkətinin aktivləri 15 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə aktivləri 15 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Kapital” (86,448 milyon manat), “PSG Kapital” (45,73 milyon manat) və “ABB-İnvest” (15,666 milyon manat) investisiya şirkətləridir.

Qalan 8 investisiya şirkətindən 2-nin aktivləri 10-15 milyon manat arasında, 3-nün aktivləri 1-10 milyon manat arasında, 3-nün aktivləri isə 1 milyon manatdan azdır.

11 investisiya şirkətindən 1-nin – “CPM-İnvest”in aktivləri ötən ildən formalaşıb, odur ki, onun aktivlərinin dinamikasını hesablamaq mümkün olmayıb. Qalan 10 investisiya şirkətindən isə 1-i “Unicapital” ötən il aktivlərini azaldıb, qalanları isə artırıb.

Bölmədən olan bütün xəbərlər