Bankçılıq
412
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı / 17.06.2022 / Renkinq:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
“Renkinq” quruma istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.