Sığorta
949

“Standard Insurance”in baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək

“Standard Insurance”in baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək

İyulun 1-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.

Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.

Məlumata görə, hərracı "Əmlak Hərrac Mərkəzi" MMC Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında təşkil edəcək. Paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək. Əmlak üçün 787 500 manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 7 875 manat beh kimi ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herrac-barede-elan

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək. 

Bölmədən olan bütün xəbərlər