İnvestisiya
774
Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

Bakı / 14.06.2022 / Renkinq:
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 1,8 milyard ABŞ dolları təşkil edib.
"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% çoxdur.
I rübdə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 59,5% olub ki, bu da 1 il əvvələ nisbətən 29,7 faiz bəndi azdır.