İnvestisiya
862

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 915,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% az vəsait yönəldilib.

"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,6% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 14,6% artıb.

5 ay ərzində istifadə olunmuş vəsaitin 2 829,6 milyon manatı və yaxud 57,6%-i məhsul istehsalı sahələrinə, 1 799 milyon manatı və yaxud 36,6%-i xidmət sahələrinə, 286,9 milyon manatı və yaxud 5,8%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 657,3 milyon manatını və yaxud 74,4%-ni daxili vəsaitlər təşkil edib, 3 534,4 milyon manatı və yaxud 71,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52%, büdcə vəsaitləri 34,4%, əhalinin şəxsi vəsaitləri 6,8%, sair vəsaitlər 5,1%, bank kreditləri isə 1,7% paya malik olub. 

Bölmədən olan bütün xəbərlər