Qeyri-bankçılıq
809

Azərbaycanda iki yeni lizinq şirkəti yaradılıb

Azərbaycanda iki yeni lizinq şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meercars Leasing” MMC-ni dövlət qeydiyyatına alıb.

“Renkinq” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 183, mənzil 8, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə xarici vətəndaş İrfan Şahiddir.

Bundan başqa, “Micro Leasing and Factoring” MMC qeydiyyatdan keçib. Bu şirkətin isə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 103, mənzil 6, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Xalid Kamran oğlu Quliyevdir.

Bölmədən olan bütün xəbərlər