Bankçılıq
177

"Atra Bank" və "Texnika Bank"ın əmlakları hərraca çıxarılacaq

İyunun 16-da, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan  "Atra Bank" və “Texnika Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

“Renkinq” bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, söhbət "Atra Bank"a məxsus Abşeron rayonu, Goradil qəsəbəsində yerləşən 58,35 kv.m.-lik bağ evindən və "Texnika Bank"a Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,3 hektarlıq torpaq sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 15 000 manat və 5 500 manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğlərin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67. 

Bölmədən olan bütün xəbərlər