Bankçılıq
205

"AGBank", “Amrah Bank” və "Atabank"ın əmlakları hərraca çıxarılacaq

İyunun 1-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan  "AGBank" və “Amrah Bank” ASC-lərin, iyunun 8-də isə "Atabank" və “Amrah Bank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

“Renkinq” bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, söhbət "AGBank"a məxsus "Wincor Nixdorf ProCash 8050" markalı 1 bankomatdan, “Amrah Bank”a məxsus "Wincor Nixdorf Cineo C2550" markalı 1 bankomatdan, eləcə də "Atabank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 251B ünvanında yerləşən 189,1 kv.m-lik qeyri-yaşayış sahəsindən və "Amrah Bank"a çəxsus "D-Tech" markalı 1 requlyatordan gedir. Əmlaklara müvafiq olaraq 10 000 manat, 11 000 manat, 380 000 manat və 1 200 manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğlərin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67. 

Bölmədən olan bütün xəbərlər